PSJ-nin hücumçusu Neymar isə “Barselona”ya qayıtmağa hazırlaşır.
Fransanın nüfuzlu “Ekip” nəşrinin məlumatına görə, braziliyalı futbolçu klub rəhbərliyinə Parisi tərk etmək istədiyini söyləyib. Elə Fransa təmsilçisi də Neymarla vidalaşmağın əleyhinə deyil. 31 yaşlı futbolçunun “Barselona”da icarə əsasında çıxış edəcəyi də istisna olunmur. Xatırladaq kli, Neymar 2013-2017-ci illər aralığında “Barsa”da çıxış etmiş, və bu klubun heyətində 2014/15 mövsümündə Çempionlar Liqasının qalibi də olmuşdu.